Bakıda avtobus yandı - VİDEO

 13:49 21.07.2022     543

Bu gün saat 12:00 radələrində Bakıda Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

Bu barədə Redaktor.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

"Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb", - məlumatda deyilir.

01-BS-785 dövlət qeydiyyat nişanlı avtobusun mühərriki yanıb.