Məşhur aparıcı polisə dəvət olundu – VİDEO -YENİLƏNİB

 21:06 21.07.2022     2440

“Aparıcı İlkin Həsəninin müraciəti artıq qeydə alınıb”.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

“İlkin Həsəni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onun müraciəti yerindəcə dinləniləcək və araşdırma aparılacaq. Araşdırmanın nəticəsi barədə daha ətraflı məlumat veriləcək”.

***

Məşhur aparıcı İlkin Həsəni Daxili İşlər Nazirliyinə videomüraciət edib. 

Redaktor.az xəbər verir ki, aparıcı bu barədə öz sosial şəbəkə səhifəsində paylaşım edib.

O bildirib ki, may ayında ailə üzvlərindən biri küçədə tanımadığı qadın tərəfindən təhqir edilib. 

“Həmin gün biz “102” xidmətinə müraciət etdik, amma hadisənin üstündən 50 gün keçməsinə baxmayaraq, heç bir xəbər yoxdur”, - deyə aparıcı qeyd edib.

Müraciəti təqdim edirik: