Vətən müharibəsi iştirakçısı intihara cəhd etdi - Araşdırma aparılır

Baş Prokurorluq Ağdaş sakininin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, Vətən müharibəsi iştirakçısı 1987-ci il təvəllüdlü, Ağdaş rayon Nehrəxəlil kənd sakini Vüsal Məmmədovun dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı ilə bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.