Cəlilabad sakini qardaşı arvadını öldürdü - Yanındakı kişi ilə

 09:26 22.07.2022     8217

Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 04 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitlərinin tapılması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla hadisəni törətmiş K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.