Toyundan bir gün əvvəl intihar edən gəlinin yazışmaları üzə ÇIXDI

 09:52 22.07.2022     5040

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib.

Belə ki, 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində toyu olacağı günü özünü asaraq öldürüb.

Redaktor.az xəbər verir kiAysun nişanlısı ilə yola getmədikləri üçün canına qıyıb.

Yaxınlarının bildirdiyinə görə, təxminən 3 aya yaxın müddət imiş ki, Aysunla nişanlısı arasında anlaşılmazlıqlar olurmuş.

Bütün bunlar Aysun özünü asdıqdan sonra məlum olub. Belə ki, onun bəzi səs yazıları və mesajları ortaya çıxıb. 

Qeyd edilir ki, istintaq getdiyi üçün telefon hazırda polisdədir. Aysunun özünü asmağına səbəb isə ikisindən birinin bu evliliyi istəməməsi olub. Ailə də hələ bilmir ki, evliliyi istəməyən hansı olub.

Mesajlardan məlum olub ki, gecə saat 4-də nişanlısı Aysungilin evinə gəlib onu sevmədiyini deyib, hətta hədələyib. Aysun da olub- bitəni ailəsinə deyə bilmədiyi üçün özünü öldürüb. 

Həmçinin, Aysunun nişanlısının qazi olduğu bildirilir.

Qeyd edək ki, toyları olmasa da onlar bir müddət əvvəl  rəsmi nikaha daxil olublar.