Qarayev adına xəstəxanada həkimi döyüblər? - AÇIQLAMA

 14:51 22.07.2022     393

Bu günlərdə sosial şəbəkələrdə Qarayev adına Uşaq Klinik Xəstəxanasında insidentin baş verdiyi barədə xəbərlər yayılıb.

Redaktor.az xəbər verir ki, məlumatda sözügedən xəstəxananın pediatr şöbəsinin Günay adlı həkiminin xəstə uşağın valideyni tərəfindən döyülməsi qeyd olunub.

Məsələyə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq.

Qurumun sözçüsü Zamirə Ədilova bildirdi ki, belə bir insident qeydə alınmayıb.

“Belə bir hal yaşanmayıb. Bu məlumat həqiqəti əks etdirmir. Xəstəxana rəhbərliyi və həkimlə danışmışıq, belə bir insident qeydə alınmayıb”, - o dedi.

Nərmin Vüqarqızı