Hovuzdakı qadınların görüntülərini sosial şəbəkədə yayan SAXLANILDI

 18:58 22.07.2022     478

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.

Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.