Qadın yaxın qohumunun toyunda öldü

 22:30 22.07.2022     258

Qaxda keçirilən toy mərasimində faciə yaşanıb.

Redaktor.az “Qafqazinfo”ya istinadən, hadisə bu gün axşam saatlarında rayon mərkəzində fəaliyyət göstərən "Gülnur" şadlıq evində baş verib.

Belə ki, Qax şəhər sakini 1954-cü il təvəllüdlü Məmmədsəidli Laləzarın öz yaxın qohumunun toyunda halı pisləşib.

Mərhum yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin müayinə zamanı qadında bioloji ölmün baş verdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.