Bakıda evdə partlayış olub - Xəsarət alan var

 03:33 23.07.2022     357

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Redaktor.az bu barədə FHN-ə istinadən xəbər verir.

Partlayış dalğasının təsirindən evin ön divarı uçub. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.