Goranboyda avtomobil qəzası - 3 nəfər xəsarət aldı

 10:53 23.07.2022     577

Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 1990-cı il təvəllüdlü N.Nəbiyev, 1969-cu il təvəllüdlü M.Əsədova və 1964-cü il təvəllüdlü K.Qarçıyeva xəsarət alıblar.

Onlar xəstəxanaya aparılıblar, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.