Bakıda yolu genişləndirmək üçün ağaclar kəsilir - VİDEO

Bakıda yolu genişləndirmək üçün ağacların kəsildiyi iddia edilir.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, söhbət paytaxtın Qurban Abbasov küçəsindən gedir.
Vətəndaş bildirib ki, sözügedən ünvanda avtomobil yolunun genişləndirilməsi üçün ağaclar köçürülür.
Yayılan video ağaclara ziyan vurulduğu aydın görünür.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən oxu.az-a bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: