"Mercedes"i çaya aşıran sürücü BOĞULDU

 13:25 23.07.2022     1004

İyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən çaya aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildiriblər ki, nəticədə o, suda boğularaq ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən