Bakı-Sumqayıt yolunda beş avtomobil bir-birinə girdi - VİDEO

 18:10 23.07.2022     416

Bakıda zəncirvari qəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, “Hyundai”, “Range Rover”, “Lexus”, “Ford” və “Toyota” markalı maşınlar toqquşub.

Qeyd edək ki, qəza nəticəsində nəqliyyat vasitələrinin hərəkətində ciddi sıxlıq yaranıb. 

Xəsarət alanlarla bağlı məlumat yoxdur (oxu.az).

Hadisə yerindən görüntüləri təqdim edirik: