Goranboyda qəzada 4 qadın xəsarət aldı

 21:35 23.07.2022     854

Goranboyda avtomobillərin toqquşması zamanı 4 qadın xəsarət alıb.

Redaktor.az "report"a istinadla xəbər verir ki, Şəfəq və Zeyvə kəndlərini birləşdirən avtomobil yolunda 2 nəqliyyat vasitəsinin toqquşmas zamanı 1985-ci il təvəllüdlü N.Cəfərova, 1981-ci il təvəllüdlü Y.Əhmədova, 2004-cü il təvəllüdlü A.Həşimova və bacısı, 2006-cı il təvəllüdlü R.Həşimova xəsarət alıblar.

Yaralılar Goranboy Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

Xəsarət alanların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.