Hacıqabul sakini toyda bıçaqlandı

 21:27 23.07.2022     340

Hacıqabulda bıçaqlanma baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Hacıqabul şəhərində toy mərasimində qeydə alınıb.

 

Şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Vüsal Vidadi oğlu münaqişə zəminində bıçaqlanıb. 31 yaşlı kişiyə vurulan bıçağın tiyəsi sınaraq onun sinəsində qalıb. Yaralı Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.

Faktla bağlı araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən