TƏBİB-dən Goranboydakı qəza ilə bağlı AÇIQLAMA

 11:53 24.07.2022     1102

Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, rayonun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goronboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.

Qeyd edilir ki, onların vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir. Zəruri tibbi yardım göstərilən 21 nəfər ambulator müalicə üçün evə buraxılıblar.

222