Yolu keçmək istəyən 3 azyaşlını maşın vurdu - FOTO

 16:19 24.07.2022     388

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.

Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Bərdədə 3 azyaşlını maşın vurub - FOTO Bərdədə 3 azyaşlını maşın vurub - FOTO Bərdədə 3 azyaşlını maşın vurub - FOTO

2