Bakıda işıqfor dirəkləri OĞURLANDI

 11:58 25.07.2022     313

Bakının Buzovna qəsəbəsində anbardan işıqfor dirəkləri oğurlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində yerləşən “Avtopark” MMC-nin anbarından üç ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da məlum olub.