Sürücü deformasiyaya uğramış maşından sağ çıxdı - VİDEO

 13:22 26.07.2022     7807

Hacıqabul-Muğan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. 

Belə ki, qarpız-yemiş daşıyan “Ford” markalı yük avtomobili qəzaya uğrayıb. 

Qəza zamanı tamamilə yararsız vəziyyətə düşən maşının sürücüsü nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. 

Hadisə şahidləri sürücünü avtomobildən xilas etməyə çalışıblar (oxu.az). 

Həmin görüntüləri təqdim edirik: