Xırdalanda qadın və oğlu binadan yıxılıb öldü

 10:37 27.07.2022     196

Abşeronda ana və azyaşlı övladı binadan yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron”-1 yaşayış massivində baş verib. Binanın 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü Nazlı Nurməmmədova və onun oğlu - 2019-cu il təvəllüdlü Elnar Nurməmməd pəncərədən yıxılıblar. Onlar hadisə yerində keçiniblər.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.