Sevgilisi tərəfindən küçədə bıçaqlanan qız öldü

 14:57 27.07.2022     506

Balakəndə şəhərin mərkəzində bıçaqlanma olub.

Redaktor.az xəbər verir ki, 27 yaşlı Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu qıza küçədə ağır xəsarətlər yetirib.

Belə ki, o, bu gün səhər saatlarında 21 yaşlı sevgilisini aralarındakı mübahisə səbəbindən çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edib.

Gənc qız Təcili Yardımla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elton Layıcov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).