Goranboyda gənc oğlanı elektrik cərəyanı vurdu - YENİLƏNİB

Goranboy rayonunda 25 yaşlı gənci elektrik cərəyanı vurub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, Goranboy rayon sakini, 1997-ci il təvəllüdlü S.Hüseynovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
O, hazırda koma vəziyyətindədir.