Tovuzda ağır qəza  - Ölən və yaralılar var

 22:49 27.07.2022     248

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 2 "VAZ" markalı avtomobil toqquşub.

Qəza zamanı bir qadın ölüb, 4 nəfər ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Ölən qadın rayonun Aşağı Quşçu kənd sakini 1966-cı il təvəllüdlü Tağıyeva Rəna Fərman qızıdır.

Xəsarət alanlar Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu, 2016-ci il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğludur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.