Bakıda avtomobil qadını vurub öldürdü

 09:24 28.07.2022     843

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb.

Elnur Məmmədovun idarə etdiyi ,"Mercedes Vito" markalı avtomobil yolu keçən Əminə Mirzəyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb (apa).