Naxçıvanda abituriyent özünü asdı - İmtahanda az bal yığdığı üçün valideyni incidirmiş - FOTO

Baş Prokurorluq abituriyentin intiharı ilə bağlı açıqlama verib.
Qurumun Mətbuat Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şərur rayon sakini, 2005-ci il təvəllüdlü Rzayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyatyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ölümündən əvvəl Laçın qəbul imtahanından az bal yığdığına görə valideynləri tərəfindən incidilməsi barədə "Facebook" səhifəsində paylaşım edib.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
"Mənim adım Laçındır. 17 yaşım var. Dünən qəbul imtahanlarının cavabları çıxdı. İmtahan nəticəm aşağıdır. Evdə ailəm mənə çox əsəbiləşdi. Ən böyük reaksiyanı isə atam verdi. Hələ bu gün səhər işə getməzdən əvvəl dedi ki, "Mən işdən gələnə qədər get özünü as, öldür..."
Mən daha bu münasibətə dayana bilmirəm. Və elə atamın dediyi kimi edəcəm. Daha bəsdir. Bu imtahan dünyanın sonu deyil və ya mənim həyatdakı son şansım deyil. Təəssüf ki, bunu ailəm başa düşmür. Mən məni başa düşməyən ailəmə cəsədimi hədiyyə edirəm. Uğur qazanan övladı hamı sevər. Siz məni uğursuzluğumla da sevməli idiniz. Bacarmadınız. Arxamca tökülən göz yaşlarının heç bir mənası yoxdu... Mən daha yoxam. Əlvida! BƏLKƏ DƏ GÖZƏL OLARDI!
İLTİFAT
