Tovuzda 65 manata görə iki qadını öldürənlər qoyun oğruları imiş

 14:42 28.07.2022     296

İyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin oğru olduqları üzə çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəlilərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birlikdə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən üç baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən iki baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar.

Qeyd edək ki, E.Bağırov və Q.Quliyev 65 manata görə iki qadının öldürülüb yandırılması ilə bağlı saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.