11 yaşlı uşağı elektrik vurub öldürdü

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə rayonun Bum qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aqşin Qurban oğlu Ağasiyev qırılaraq yerə düşən elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.