Xaçmazda zəncirvari qəzada ölənlərin sayı ARTDI

 19:23 28.07.2022     353

Xaçmazda zəncirvari qəzada ölənlərin sayı iki nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən baş vermiş avtoqəzada xəsarət alan "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Z.Quliyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, bu gün Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində "BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşını hərəkətdə olan zaman toqquşub. Nəticədə "Toyota Prado" markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov isə hadisə yerində ölüb, "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (report).