Goranboyda qəzada iki nəfər öldü - YENİLƏNİB

 14:41 31.07.2022     2084

Goranboyda yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, qəza nəticəsində 1998-ci il təvəllüdlü F.Məmmədli və 2000-ci il təvəllüdlü T.Qasımlı həyatını itirib.

Qeyd edək ki, qəzaya düşənlər Sumqayıtdan Gəncə şəhərinə istirahətə gedirlərmiş. Qəzada daha 3 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Qazax avtomobil yolunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub. 

Redaktor.az xəbər verir, Goranboy rayon ərazisində minik avtomobilinin kiçik tutumlu yük maşını ilə toqquşması nəticəsində 1988-ci il təvəllüdlü M.Rəhimov və 2001-ci il təvəllüdlü E.Qocayev xəsarət alıb, 2002-ci il təvəllüdlü X.Babayev isə həyəcan hissləri yaşayıb və həkimlər tərəfindən tibbi yardım göstərilib.

Xatırladaq ki, qəza nəticəsində iki nəfər dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır (report).

2