Şəkidə yeniyetmə göldə batdı

 21:47 31.07.2022     1106

Şəkidə yeniyetmə göldə batıb.

Redaktor.az xəbər verir ki, hadisə Aydınbulaq kəndində baş verib.

Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Mehdi Mehman oğlu Əzizov Aydınbulaq kəndində "Keşiş gölü" kimi tanınan göldə çimərkən boğularaq ölüb.

Onun meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən