Qardaşlar əmilərini baltalayıb öldürdü

 09:27 01.08.2022     1452

Masallıda qardaşlar qətl törədib.

Bu barədə Redaktor.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildiirlib ki, iyulun 31-i saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlaılıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.