“Hyundai” ilə toqquşan “KamAZ” aşdı - VİDEO

 13:10 01.08.2022     215

Ələt-Astara yolun ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı “Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan 15-BK-035 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində yük maşını beton arakəsmələrə çırpılaraq aşıb və tamamilə yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Hüquq-mühafizə orqanlarından faktı təsdiq ediblər.

Faktla bağlı araşdırma aparılır (oxu.az).