İtkin düşən gənc qız rəfiqəsigildə tapıldı - FOTO

 18:40 01.08.2022     745

Yevlaxda itkin düşmüş 19 yaşlı qız tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş Sitarə Mustafalının rəfiqəsigildə qaldığı müəyyən edilib və onun ailəsinə qaytarılması təmin olunub.

Xatırladaq ki, polis Sitarə Mustafalının axtarışı barədə bu günlərdə məlumat yaymışdı.

T.İSMAYIL

2