YAP-ın bu rayonda Gənclər Təşkilatının sədri yol qəzasında öldü

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.
“Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmov hadisə yerində ölüb, 6 nəfərin xəsarət alıb.
Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Fazil Sabir oğlu Məhərrəmov YAP Salyan Gənclər Təşkilatının sədri idi (apa).


