FHN-nin əməkdaşı intihar etdi - YENİLƏNİB

Ötən gün Gəncədə intihar hadisəsi baş verməsi ilə bağlı məlumat yayılıb.
Redaktor.az xəbər verir ki, Təbriz Süleymanov Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.
1999-cı il təvəllüdlü Təbriz Süleymanov Gəncədə “Avtozavod” adlanan ərazidə yaşadığı evdə özünü asaraq intihar edib. Təbrizin subay olduğu bildirilib.
Qeyd edək ki, intiharın hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
***
Gəncədə intihar hadisəsi baş verib.
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Təbriz Süleymanov yaşadığı evdə özünü asaraq intihar edib.
Onun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir.