Bakı sakinindən şantaj yolu ilə pul tələb edildi

 14:41 03.08.2022     874

Bakı sakinindən şantaj yolu ilə 10 min manat tələb edilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini A.Dadaşovun videogörüntüsünü sosial şəbəkədə yayacağını bildirərək ondan 10 min manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən