Xırdalandakı dəhşətli partlayışda xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

 23:26 03.08.2022     825

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

***

Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.

Redaktor.az  xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olub.

İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

Ətraflı məlumat veriləcək.