Bakıda betonqarışdıran maşın aşıb

 16:48 04.08.2022     738

Bakıda betonqarışdıran maşın aşıb.

Redaktor.az-ın xəbərinə görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan betonqarışdıran maşın dönmə hərəkətini yerinə yetirən zaman aşıb. Nəticədə yük avtomobilinin içərisində olan beton yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.