Goranboyda ağır avtomobil qəzası oldu - Ölən var

 20:34 04.08.2022     1471

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev vəfat edib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən