Salyanda avtomobil aşdı Ölən və yaralananlar var

 13:07 05.08.2022     550

Salyan rayonunda avtombil aşıb, ölən və yaralananlar var.

Redaktor.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçə hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Pojero” markalı avtombil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (report.az).