İsmayıllı sakini evini yandırdı - Video

İsmayıllı şəhərinin Tofiq İsmayılov küçəsində yanğın baş verib.
Redaktor.az xəbər verir ki, yanğın Natəvan Məmmədliyə məxsus köməkçi tikilidə baş verib.
FHN-in yanğınsöndürmə qüvvələrinin müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.