Atasının silahı ilə özünü öldürdü

 14:00 06.08.2022     1077

Ağstafada intihar hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki,  hadisə rayonun Köçvəlili kəndində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Elsevər Şəmkiyev atasına məxsus ov tüfəngi ilə özünə atəş açaraq, canına qəsd edib.

Qeyd edək ki, E.Şəmkiyev yol istismar idarəsində fəhlə kimi çalışıb. 

Faktla bağlı araşdırmalar aparılır. İntiharın səbəbi hələlik məlum deyil.