Bu klinikada xəstə əməliyyat zamanı öldü

 21:17 06.08.2022     1291

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.

Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.