Bakıda bələdiyyə binası yandı

 09:25 08.08.2022     17687

Bakıda bələdiyyə binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 240 m² olan bələdiyyəyə məxsus birmərtəbəli inzibati binanın 1 otağının yanar konstruksiyaları 7 m² sahədə və ondulindən ibarət dam örtüyü 240 m² sahədə yanıb.

Binanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.