Liviyadan girovluqdan qaytarılan Bakıda İNTİHAR ETDİ

 10:45 08.08.2022     561

Bakıda intihar hadisəsi baş verib.  

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb.

Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb.

O, bir neçə il əvvəl Liviyada girov götürülüb. Təzəlikcə girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb. 

Fərid Əliyevin girovluqda olduğu zaman keçirdiyi psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən