Səfər Mehdiyev yol polisini təhqir etdi: “Nə həyasız adamsan?” - VİDEO

 13:41 08.08.2022     578

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin  90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili yol polisi tərəfindən saxlanılıb.

Redaktor.az-ın “Unikal”a istinadən məlumatına görə, avtomobildən düşən şəxs Dövlət Yol Polisinin əməkdaşları ilə mübahisə edib.

Polisin cənab general  deyə müraciət etdiyi şəxs onu “Sən nə həyasız adamsan? Görmürsən, general-polkovnik Mehdiyevdir?” deyərək  təhqir edib. 

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən