Bir sıra dövlət qurumu və banklara kiberhücumlar oldu
Bu gün Azərbaycanın bir sıra dövlət qurumu və banklara qarşı geniş miqyaslı kiberhücumlar olub.
Redaktor.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
Qeyd edək ki, ki, ötən həftə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə xəbərdarlıq yaymışdı.













