Azyaşlıların spirtli içki içməsi ilə bağlı araşdırma başladı - YENİLƏNİB

 16:38 09.08.2022     2614

Hazırda Azərbaycanda azyaşlı uşaqların spirtli içki qəbul etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ətrafında araşdırma aparılır. 

Bu barədə Redaktor.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib

Bildirilib ki, dəfələrlə valideynlərə uşaqların yanında spirtli içki istifadə etməmələri ilə bağlı müraciət edilib. Çünki uşaqlar bunu örnək olaraq sonradan təkrarlayırlar.

Xatırladaq ki, azyaşlı uşaqların spirtli içki qəbul etməsi ilə bağlı Azərbaycan “Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Facebook” hesabında video görüntü paylaşıb. Videodan təxminən 4-7 yaşlı uşaqlar masa arxasında əyləşərək spirtli içki içiblər.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

***

Azərbaycanda azyaşlı uşaqlar spirtli içki qəbul edib. 

Redaktor.az xəbər verir ki, bu barədə görüntüləri “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşıb.

Videodan göründüyü kimi, təxminən 4-7 yaşlı uşaqlar masa arxasında əyləşərək spirtli içki içirlər (oxu.az).

Həmin görüntünü təqdim edirik:

 

Vumart və Güvən reklamı Vumart Güvən