Azərbaycanda xəstəxanada kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

 15:05 09.08.2022     495

Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

***

Ağdamda Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Redaktor.az trend-ə istinadən xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində dezinfeksiya işlərinin aparılması olub.

Vumart və Güvən reklamı Vumart Güvən