TƏBİB-dən kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

 15:30 09.08.2022     736

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən